Birinci Divizion: “Kəpəz” və “Zaqatala”dan qələbə

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 4-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Qaradağ Lökbatan” “Keşlə”nin əvəzediciləri ilə oyundan məğlub ayrılıb.

“Kəpəz” səfərdə “Sumqayıt”ın əvəzedicilərinə qalib gəlibsə, “Zaqatala” “Zirə”nin ikinci komandası üzərində inamlı qələbəyə sevinib.

Birinci Divizion
4-cü tur
14 oktyabr

Qarabağ-2 – Neftçi-2 0:2
Qol: Xəqani Sadıxov, 30. Nihad Qurbanlı, 74.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Elman Kərimov, Tural Qurbanov.
“ASK Arena”, 13:30.

Sabah-2 – Səbail-2 1:0
Qol: Kamran Quliyev, 41.
Hakimlər: Rauf Allahverdiyev, Kərim Zeynalov, Şirmamed Mamedov, Cavid Cəlilov.
Binə qəsəbə stadionu, 14:30.

Qəbələ-2 – Turan Tovuz 1:2
Qol: Mehrac Baxşalı, 87 – Elçin Qasımov, 45+3. Sadiq Şəfiyev, 84.
Hakimlər: İnqilab Məmmədov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nicat İsmayıllı.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

15 oktyabr

Qaradağ Lökbatan – Keşlə-2 0:2
Qol: Emin Quliyev, 86; 90+5.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Tərlan Talıbzadə, Elvin Bayramov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

Sumqayıt-2 – Kəpəz 1:2
Qol: Nəbi Məmmədov, 81 – Emil Qasımov, 11; 90+2.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Teymur Teymurov, Emin Əliyev.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:30.

Zaqatala – Zirə-2 2:0
Qol: Əli Abdullayev, 81. Aleksandr Şemonayev, 90+1.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30.