Birinci Liqa: Mövsümün son turunun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün sonuncu – 27-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Mövsümün sonuncu turunun oyunları iki gün ərzində keçiriləcək. Tura mayın 22-də start veriləcəksə, qalan oyunlar ayın 23-də baş tutacaq.

Birinci Liqa
27-ci tur

22 may

“Qaradağ Lökbatan” – “Qəbələ”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

“Mingəçevir” – “Karvan”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 17:00.

23 may

“Cəbrayıl” – “Zaqatala”
“Bayıl Arena”, 15:00.

“Baku Sportinq” – MOİK
Binə qəsəbə stadionu, 15:00.

“Difai” – “İmişli”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.