Futbol üzrə Almaniya Bundesliqasında 12-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha altı qarşılaşma baş tutub.
Turnir cədvəlinin 2-ci pilləsində yer alan Dortmund “Borussiya”sı doğma meydanda “Ştutqart”ı qəbul edib. Dortmundlular bu oyunda çətin qələbəyə seviniblər.
Mönhenqladbax “Borussiya”sının rəqibi isə autsayder “Qroyter” olub. Bu oyunda da meydan sahibləri darmadağınla qalib gəliblər.
“Leyptsiq” səfərdə “Hoffenhaym”a uduzub. “Bayer” “Bohum”u, “Union Berlin” isə “Herta”nı məğlub yola salıb. Dörd qolun qeydə alındığı “Arminiya” – “Volfsburq” görüşündə isə qalib müəyyənləşməyib.
Almaniya Bundesliqası
12-ci tur
19 noyabr
Auqsburq – Bayern 2:1
Qol: Pedersen, 23. Han, 36 – Levandovski, 38.
20 noyabr
Arminiya – Volfsburq 2:2
Qol: Okuqava, 11. Klos, 54-pen – Veqorst, 62. Nmeça, 63.
Bayer – Bohum 1:0
Qol: Adli, 4.
Borussiya (Dortmund) – Ştutqart 2:1
Qol: Malen, 56. Roys, 85 – Massimo, 63.
Borussiya (Mönhenqladbax) – Qroyter 4:0
Qol: Hofmann, 9; 57. Noyhaus, 28. Plea, 43.
Hoffenhaym – Leyptsiq 2:0
Qol: Samasseku, 12. Dabbur, 68.
Union Berlin – Herta 2:0
Qol: Avoniyi, 8. Trimmel, 30.
21 noyabr
18:30. Frayburq – Ayntraxt
20:30. Maynts – Köln


