Futbol üzrə lal-karlardan ibarət Böyük Britaniya yığmasının sabiq futbolçusu Cemma Uayzman meşədə ölü tapılıb.
Arena.az “Daily Mail” nəşrinə istinadən məlumat verir ki, karlar üzrə dünya çempionatında Böyük Britaniya yığması ilə bürünc medal qazanmış ingiltərəli futbolçu Cemma Uayzman Miladdan bir neçə gün əvvəl meşədə ölü tapılıb.
Uayzmanın ölümündən sonra “GoFundMe” amerikan kommersiya kraudfandinq platformasının saytında 7,5 min funt-sterlinq məbləğində vəsait toplaya bilmiş səhifə yaradılıb.
“Cemma böyük yumor hissi olan xeyirxah və qayğıkeş insan idi. O, getdiyi yerdə özü ilə gülüş və enerji gətirirdi. Onunla görüşmək imkanı olan hər kəslə asanlıqla dostluq edirdi”, – müvafiq səhifədə mərhum haqda xatirə yazısı dərc edilib.
33 yaşlı Cemma Uayzman 2016-cı ildə İtaliyada keçirilmiş Karlar üzrə Dünya Kubokunda Böyük Britaniyaya yığmasına 3-cü yeri tutaraq bürünc medal qazanmağa töhfəsini verib. Uayzmanın meyiti dekabrın 16-da Norviç yaxınlığında bir sakin tərəfindən aşkar edilib. Mərhum xanımın 3 yaşlı qızı yetim qalıb.


