Futbol üzrə İordaniya və Cənubi Koreya Respublikası yığmaları 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıblar.
Arena.az məlumat verir ki, hər iki komanda ACF bölgəsinin təsnifat mərhələsini üçüncü dövrəsinin “B” qrupunun 9-cu turdan sonra dünya çempionatına vəsiqəsini təmin edib.
İordaniya millisi səfərdə Oman yığmasını 3:0 hesabı ilə məğlub edib. Cənubi Koreya Respublikası millisi isə səfərdə İraq yığmasını üstələyib – 2:0.
Hər iki komanda üçüncü dövrənin sonuna bir tur qalımış yarış cədvəlində ilk iki pilləni təmin ediblər. Cənubi Koreya Respublikası 19 xalla 1-ci, İordaniya isə 16 xalla 2-ci olub.
İordaniya yığması tarixində ilk dəfə dünya çempionatında oynayacaq. Cəbuni Koreya Respublikası yığması isə ardıcıl 11-ci dəfə dünya çempionatına vəsiqə qazanıb. Növbəti mundial isə “Asiya pələngləri”nin mundilda 12-ci iştirakı olacaq.
Xatırladaq ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək. Hazırda qarşıdakı dünya çempionatının final mərhələsində iştirakı dəqiqləşmiş cəmi 8 komanda var:
Kanada (ev sahibi)
Meksika (ev sahibi)
ABŞ (ev sahibi)
İran
Yaponiya
Özbəkistan (debüt)
Argentina
Yeni Zelandiya
İordaniya (debüt)
Cənubi Koreya


