Ozan Can Kökçü oynamadı, “Volendam” elitanı tərk etdi

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü “Volendam”ın Niderland Erediviziyasını tərk etməsinə üzülüb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatında (Erediviziya) qalmaq uğrunda pley-off oyunlarından məğlubiyyətlə ayrılıb.

Pley-offda “Villem II” ilə qarşılaşan “Volendam” ilk matçda 2:1 hesablı qələbə qazansa da, cavab görüşündə eyni hesabla uduzub. Əlavə vaxtda qol olmadğına görə qalib penaltilər seriyasında dəqiqləşib. Penaltilərdə daha uğurlu olan “Villem II” qələbə qazanıb (5:4) və Erediviziyaya yüksəlib. “Volendam” isə yeni mövsümdə Birinci Liqada mübarizə aparacaq.

Ozan pley-off görüşlərində oynamayıb. Onun adı iştirak ərizəsində də olmayıb.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 31 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: