“Qarabağ”ın Avroliqanın ilk təsnifat mərhələsindəki potensial rəqibləri

Azərbaycanı futbol üzrə Avropa Liqasında təmsil edəcək “Qarabağ”ın 1-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Arena.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunları iyulun 9-da və 16-da keçiriləcək mərhələdə ümumilikdə 12 komanda mübarizə aparacaq.

Bu komandalar püşkatmada reytinqinə əsasən iki səbətə bölünəcək. “Qarabağ”, həmçinin “Ferentsvaroş” (Macarıstan), “Dinamo” (Kiyev, Ukrayna), “Hayduk” (Xorvatiya), ÇSKA (Sofiya, Bolqarıstan) və “Şerif” (Moldova) səpələnmişlər sırasında olacaq.

Mümkün rəqiblərin qərarlaşdığı səpələnməmiş səbətində isə aşağıdakı komandalar yer alıblar: “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universitatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya).

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Ertəsi gün 2-ci təsnifat mərhələsinin püşkatması olacaq. “Qarabağ” həmin mərhələdə də səpələnmişlər arasında olacaq. Komandanın mümkün 9 rəqibindən 3-ü artıq məlumdur: “Tvente” (Niderland), “Tromse” (Norveç) və “Hammarbü” (İsveç).

“Qarabağ”ın 1-ci təsnifat mərhələsində mümkün rəqiblərinin tam siyahısı belədir:

“Jilina” (Slovakiya)
“Voyvodina” (Serbiya)
“Universitatya Kluj” (Rumıniya)”
“Alüminiy” (Sloveniya)
“Derri Siti” (İrlandiya)
“Vestri” (İslandiya).

Xəbəri sosial şəbəkələrdə paylaş: