Avroliqa: “Beşiktaş” Marsel “Olimpik”i ilə üz-üzə

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin 1-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 9 qarşılaşma baş tutacaq.

Günün diqqətçəkən oyunlarından birində Türkiyənin “Beşiktaş” klubu Fransanın “Olimpik” (Marsel) komandasını qəbul edəcək. İngiltərənin “Kristal Pelas” komandası Polşanın “Lex” klubu ilə, İtaliyanın “Yuventus” komandası isə Niderlandın “NEK Neymegen” kollektivi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avroliqa çərçivəsində hər turun oyunları iki günü əhatə edir.

Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur

17 sentyabr

20:45. Levski (Bolqarıstan) – Zalsburq (Avstriya)
20:45. OFİ (Yunanıstan) – Hoffenhaym (Almaniya)
23:00. Beşiktaş (Türkiyə) – Olimpik (Marsel, Fransa)
23:00. Seltik (Şotlandiya) – Ferentsvaroş (Macarıstan)
23:00. Kristal Pelas (İngiltərə) – Lex (Polşa)
23:00. Yuventus (İtaliya) – NEK Neymegen (Niderland)
23:00. Lilleström (Norveç) – Torrense (Portuqaliya)
23:00. Viktoriya (Plzen, Çexiya) – Union (Belçika)
23:00. Real Sosyedad (İspaniya) – Bornmut (İngiltərə)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: