Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulur

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinə yekun vurulacaq.

Arena.az xəbər verir ki, mərhələnin sonuncu oyun günündə son yarımfinalçılar müəyyənləşəcək.

İspaniya nəhəngi “Real” doğma meydanda “Arsenal”la üz-üzə gələcək. Madrid təmsilçisi İngiltərə klubuna səfərdə 3 cavabsız qolla uduzduğu üçün mərhələ adlamaq şansları yüksək qiymətləndirilmir.

Almaniya nəhəngi “Bayern” isə İtaliyada “İnter”in qonağı olacaq. Bu komandalar arasında keçirilmiş ilk oyun da Milan təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə aprelin 29-da start veriləcək.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
16 aprel

23:00. “Real” (İspaniya) – “Arsenal” (İngiltərə)
İlk oyun – 0:3.

23:00. “İnter” (İtaliya) – “Bayern” (Almaniya)
İlk oyun – 2:1.

Xəbəri sosial şəbəkələrdə paylaş: