14-15 oktyabr aralığında İspaniyanın Malaqa şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku turniri keçiriləcək.
Arena.az xəbər verir ki, yarışa 35 ölkədən 378 idmançı qatılacaq.
Azərbaycan turnirdə 3 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçularımıza qadınlardan ibarət yığma komandanın məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.
-48 kq
Ramilə Əliyeva
-57 kq
Nərgiz Hacıyeva
-70 kq
Südabə Ağayeva