Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində cüdo üzrə Açıq Avropa turnirinə start verilib.
Arena.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 gümüş medal qazanıblar.
Oğlanlar arasında 60 kq, 66 kq və 73 kq çəki dərəcələrində 14 cüdoçumuz medallar uğrunda mübarizə aparıblar.
66 kq-da İslam Rəhimov final görüşündə Böyük Britaniya təmsilçisi Samue Hall ilə qarşılaşıb. Həlledici görüşdə məğlub olan İslam yarışın gümüş medalını əldə edib.
73 kq-da isə Nəriman Mirzəyev finalda isveçrəli idmançı Naim Mata qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, cüdo yığmamız Sarayevoya 21 idmançı ilə yollanıb.


