Noyabrın 27-də bir çox verilənlər bazası, o cümlədən DÇ-2018-in ziyarətçiləri haqda məlumatlar açıq İnternet şəbəkəsində ictimaiyyətə sızıb.
Arena.az məlumat verir ki, bu barədə “Information Leaks” teleqram kanalı məlumat yayıb.
Açıq İnternet şəbəkəsinə 2018-ci ildə Rusiyada keçirilmiş FIFA Dünya Kubokunun oyunlarına gəlmiş ziyarətçilərin tam adını (ad, soyad, atasının adı), doğum tarixini, pasportunun seriyasını və nömrəsini, telefon nömrəsini, e-poçt ünvanını ehtiva edən 1,7 milyon insan haqda məlumat sızıb. Vurğulanır ki, orijinal verilənlər bazasında təxminən iki min daha çox qeyd var, qalan halda isə məlumatlar eynidir.
Xatırladaq ki, 2018-ci il futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində: Moskva, Kalininqrad, Sankt-Peterburq, Nijni Novqorod, Volqoqrad, Kazan, Samara, Saransk, Rostov-na-Donu, Soçi və Yekaterinburqda keçirilib. Rusiya mundialını Fransa yığması qazanıb.


