Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, Vitali Borisovun çalışdırdığı yığmamız A qrupunun ilk turunda Rumıniya seçməsinin qonağı olub.
Gərgin keçən oyunda hesab 16-cı dəqiqədə açılıb. Rəqib standart vəziyyətdən qol vurub. İkinci hissəyə futzalçılarımız daha yaxşı başlayıblar. Rəqibi tədricən təzyiq altında saxlayan komandamız 27-ci dəqiqədə hesaba tarazlıq gətirib. Felipinyo adını tabloya yazdırıb. 30-cu dəqiqəfə rəqib qapıçı Vilelanın effektli zərbəsini kornerə çıxarmaqla hesabın dəyişməsinə imkan verməyib. Əvəzində meydan sahibləri bir dəqiqə ərzində iki qol vurublar və qələbə qazanıblar.
Nəticədə Azərbaycan millisi elit-raunda məğlubiyyətlə başlayıb. Komandamız növbəti oyununu sentyabrın 20-də Bakı İdman Sarayında Niderland yığmasına qarşı keçirəcək. Oyuna saat 18:30-da start veriləcək.
DÇ-2024-ün seçmə mərhələsi
Elit raund, A qrupu
15 sentyabr
Rumıniya – Azərbaycan 3:1
Qollar: Andre Luis Sasse, 15:26; 32:37; 33:13 – Felipinyo, 26:56.
Hakimlər: Admir Zahoviç, Aleş Moçnik Periç, Deyan Veseliç (Hamısı Sloveniya).
Buzau şəhəri. “Romeo İamadi Arena”. Saat 19:30.
Rumıniya: 12. Petrişor Tonita, 8. Andre Luis Sasse, 10. Felipe Oliveyra (k), 14. Paulo Ferreyra, 20. Andrey Kraçun, 1. Teodor Lunqu, 3. Riçard İslay, 5. Vladut Dudau, 6. Valentin İlaş, 7. Daniel Arauxo, 9. İstvan Hadnaq, 13. Matey Boşneaqa, 15. Darius Nastai, 18. Sabolts Manya.
Baş məşqçi: Endre Kaçso.
Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo Borges, 9. Rafael Vilela, 10. Felipinyo, 14. Amadeu, 1. Emin Kürdov (k), 4. Oktay Rüstəmli, 7. Hadi Ahmadi, 8. Novruz Kazıxanov, 11. Xətai Bağırov, 13. Everton Kardoso, 16. Xəzər Ağalızadə, 17. İsa Atayev, 20. Amir Şocaei.
Baş məşqçi: Vitali Borisov.


