Futbol üzrə Rumıniya yığmasının və Belçikanın “Standard” (Lyej) klubunun hücumçusu Denis Draquş “Qaziantep”ə keçib.
Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi 24 yaşlı forvardı bu mövsümün sonuna kimi icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rumın futbolçunun icarə müddəti 2024-cü ilin 30 iyununda bitəcək.
Denis Draquş peşəkar karyerasına ölkəsinin “Vitorul” klubunda başlayıb. “Standard” onu 2019-cu ilin avqust ayında 1,8 milyon avro qarşılığında heyətinə qatıb. Hücumçu Belçika komandasının heyətində 60 oyuna çıxıb, 11 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Draquş əvvəlki mövsümlərdə İtaliyanın “Krotone” və “Cenoa” klublarında da icarədə olub. O, Rumıniyanın əsas yığma komandasında 5 oyuna 2 qol vurub.