Denis Marandiç üçün 90 dəqiqə və 3 xal

“Turan Tovuz”un sol cinah müdafiəçisi Denis Marandiç bu gün Moldova yığmasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, onun formasını geyindiyi komanda AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Farer adaları yığması ilə qarşılaşıb.

Qrup mərhələsinin 6-cı turu çərçivəsində baş tutan bu qarşılaşma səfərdə keçirilib. Denisin komandası görüşdən qələbə ilə ayrılıb – 1:0.

Marandiç bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Moldova millisinin qələbə qolunu 53-cü dəqiqədə Vadim Rata vurub.

E qrupunda yer alan Moldova yığması 5 oyundan sonra topladığı 8 xalla 5 komanda arasında 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda növbəti matçını oktyabrın 15-də səfərdə Polşa yığmasına qarşı keçirəcək.

Xatırladaq ki, Denis Marandiç 2020-ci ildə debüt etdiyi Moldova yığmasında 8 oyun keçirib. O, bu ilin yanvar ayından “Turan Tovuz”un uğurları üçün çalışır.

Xəbəri sosial şəbəkələrdə paylaş: