El Salvador Latın Amerikasının ən müasir stadionunu tikir

El Salvador prezidenti Naib Bukele Latın Amerikasında ən müasir futbol stadionunun inşa edildiyini açıqlayıb.

Arena.az “Marca” nəşrinə istinadən Naib Bukelenin bu barədə fikirlərini təqdim edir:

“Bu, bir neçə səbəbə görə bizim üçün çox mühüm gündür. Biz ölkədə indiyə qədər həyata keçirilən ən böyük infrastruktur layihələrindən birinin təməl daşını qoyuruq. Latın Amerikasının ən müasir və Mərkəzi Amerikanın ən böyük stadionunun.

El Salvadorun yeni stadionu 50000 tamaşaçı tutacaq və hamısı oturacaqlarla təchiz ediləcək. Əlil arabasında olan insanlar üçün 250 oturacaq, VIP oturacaqlar və mətbuat oturacaqlardan başqa, ümumilikdə 52 mindən çox oturacaq”, deyə dövlət başçısı bildirib.

Stadion Çin Xalq Respublikasının köməyi ilə tikiləcək. Onun dizaynı bir damla suyu rəmzləşdirir, görünüşü isə dalğadan ilhamlanır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: