Futbolçuları “Sumqayıt”ı 1600 manat xərcə saldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 26 və 27-ci turlarının oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

26-cı turun “Keşlə” – “Sumqayıt” oyununda “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. Bu oyunda “Sumqayıt”ın da 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

27-ci turun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaş: