“Golden Boy 2023”: Musiala Bellingemi və Qavini qabaqlayır

“Tuttosport” rəsmi saytında 21 yaşa qədər ən yaxşı oyunçuya verilən “Golden Boy 2023” mükafatına 100 namizədin siyahısını dərc edib.

Arena.az xəbər verir ki, reytinq siyahısına 98,3 balla “Bayern”in yarımmüdafiəçisi Camal Musiala liderlik edir.

“Real”ın yeni transferi Cud Bellingem 95 balla ikinci, “Barselona”nın yarımmüdafiəçisi Qavi isə 93 xalla üçüncüdür.

İddiaçıların ilk onluğunu diqqətinizə çatdırırıq:

  1. Camal Musiala (“Bayern”);
  2. Cud Bellingem (“Real”);
  3. Qavi (“Barselona”);
  4. Antonio Silva (“Benfika”);
  5. Aleks Balde (“Barselona”);
  6. Xavi Simons (PSV);
  7. Florian Virts (“Bayer”);
  8. Benyamin Şeşko (“Zalsburq”);
  9. Devayn Renş (“Ayaks”);
  10. Corcio Skalvini (“Atalanta”).
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: