İkinci Liqa: 11-ci turun bütün təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyunlarına bütün təyinatlar müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

11-ci turun qarşılaşmaları dekabrın 1-də və 2-də keçiriləcək.

İkinci Liqa
11-ci tur

1 dekabr

“Şəki” – “Quba”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Rekord Arena”, 14:00.

“Qaradağ Lökbatan” – “Dinamo”
Hakimlər: Rövşən Rəcəbov, Zakir Şükürzadə, Tural Bayramov, Rəsul Babayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Ağstafa Gəncləri” – “Araz Saatlı”
Hakimlər: Nəriman Ağayev, Rəhman Aslanov, Rizvan Süleymanov, Rasim Musayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağstafa şəhər stadionu, 14:30.

2 dekabr

“Xankəndi” – “Şirvan”
Hakimlər: Sənan Bayramzadə, Aydın Bəxşiyev, Asif Abdullayev, Ləman Əmirli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Neftçi Arena” (4-cü meydança), 14:00.

“Şəmkir” – “Kür-Araz”
Hakimlər: Ruslan Quliyev, Elman Kərimov, Cavid Ömərov, Nahid Xasıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Ağdaş” – “Göygöl”
Hakimlər: Şamil İmanzadə, Mirnihad Seyidov, Hüseyn Vəliyev, Kamil Aydınov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Ağdaş şəhər stadionu, 14:30.