Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün 4-cü turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə qarşılaşması Tovuzda baş tutub.
“Turan” “DH Volley” komandasını qəbul edib. Tovuz Olimpiya Kompleksində keçirilmiş oyun “Turan”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, turun əvvəlki matçlarında “Milli Aviasiya Akademiyası” “Azərreyl”i 3:2, UNEC kollektivi isə “Murov”u 3:1 hesabıyla məğlub etmişdi. 4-cü turun sonuncu oyunu dekabrın 5-də “Gənclər” və “Gəncə” komandaları arasında keçiriləcək.
Yüksək Liqa
4-cü tur
26 noyabr
“Turan” – “DH Volley” 3:1 (25:13, 20:25, 25:17, 25:23)


