Futbol üzrə İspaniya La Liqasında 2024/2025-ci illər mövsümünün çempionu olan “Barselona” klubunun 53 oyunluq seriyası başa çatıb.
Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Kataloniya təmsilçisinin qol vurmaq seriyası qırılıb. Bu, sözügedən komandanın UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda İngiltərənin “Çelsi” kollektivinə uduzduqları matçda reallaşıb. İspaniya çempionu səfərdə baş tutmuş bu oyunda 0:3 hesabıyla uduzub.
Xatırladaq ki, “Barselona” son olaraq 2024-cü il dekabrın 15-də keçirdiyi qarşılaşmada rəqib qapısına yol tapa bilməmişdi. Komanda həmin vaxt “Leqanes”ə məğlub olmuşdu – 0:1.
“Barsa” UEFA Çempionlar Liqasının Liqa mərhələsində 7 xalla 15-ci pillədə qərarlaşıb. İspaniya La Liqasında isə bu komanda 31 xalla 2-cidir.


