İkinci Liqa: 24-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2023/2024 mövsümünün 24-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Üç günü əhatə edəcək 24-cü tura mayın 6-da start veriləcək. Tur mayın 8-də keçiriləcək bir oyunla yekunlaşacaq.

İkinci Liqa
24-cü tur
6 may

“Cəbrayıl” – “Lerik”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Qusar” – “Baku Sportinq”
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

“Kürmük Qax” – “Şəmkir”
Qax OİK stadionu, 16:00.

“Kür-Araz” – “Şəki Siti”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30.

7 may

“Şəfa” – “Şahdağ Qusar”
Binə qəsəbə stadionu, 16:00.

“Göygöl” – “Füzuli”
Göygöl OİK stadionu, 16:00.

8 may

“Dinamo” – “Ağdaş”
Binə qəsəbə stadionu, 15:00.