İspaniya La Liqası ən uzunadlı kluba sponsorluq edəcək

İspaniya La Liqası adına görə Uelsin beşinci divizion klubuna sponsorluq edəcək. Arena.az bu barədə La Liqanın rəsmi saytına istinadən məlumat verir.

Razılaşmanın bir hissəsi olaraq, La Liqanın yeni loqosu “Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch” (orijinalda) komandasının formalarında təsvir ediləcək. Qısaca “Llanfeyrpvll” adlanan, Uelsin beşinci divizion təmsilçisi ilə müqavilə 1 il müddətinə bağlanıb.

Klub, şərəfinə adlandırıldığı qəsəbənin adını daşıyır və şəkildə qəsəbənin adında qoşa “L” (LL) hərfi 5 yerdə görünür. Qəsəbənin girişində sponsorun hədiyyə etdiyi yeni lövhədəki beş qoşa hərfin hər biri La Liqanın loqosu ilə əvəzlənib.

La Liqa bu ortaq iş birliyini “dünyanın iki ən böyük adı” arasında müqavilə adlandırıb.

“Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch” dünyanın ən uzunadlı futbol klubunun adıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: