Braziliya millisini sabiq yarımmüdafiəçisi Kakanın keçmiş həyat yoldaşı Karolina Seliko futbolçu haqda maraqlı açıqlaması ilə gündəmə gəlib.
Arena.az “Football Talk” dərgisinə istinadən məlumat verir ki, xanım Kakanın onun üçün “çox mükəmməl” olduğuna görə 2015-ci ildə keçmiş futbolçudan boşanmaq qərarına gəldiyini bildirib:
“Kaka heç vaxt mənə xəyanət etməyib. Mənə yaxşı münasibət göstərib, mənə gözəl ailə bəxş edib, amma xoşbəxt deyildim, nəsə çatışmırdı. Fəsad onda idi ki, o, mənim üçün çox mükəmməl idi”, deyə xanım Seliko dərdini izah edib.
Kaka və Seliko 9 illik evlilikdən sonra boşanıblar. Keçmiş həyat yoldaşlarının İzabella adlı bir qızı və Luka adlı bir oğlu var.
Xatırladaq ki, Kaka 2017-ci ilin dekabrında futbolçu karyerasını bitirərək, təqaüdə çıxıb. Braziliyalı yarımmüdafiəçinin son klubu ABŞ-ın “Orlando” klubu olub. Kaka “San-Paulu”da çıxışları diqqət çəkib, buradan “Milan”a gələrək, Avropanı fəth edib. Ardınca “Real” oynamış braziliyalı ulduz ABŞ-da futbol karyerasına xitam verib.
Əsl adı Rikardu İzekson dos Santus Leyti olan Kaka Braziliya millisi ilə 2002-ci il dünya çempionatının qalibi olub.