“Köln” bu dəfə “Auqsburq”a qalib gəldi

Futbol üzrə Almaniya Bundesliqasında 31-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında elitada qalmaq uğrunda mübarizə aparan “Köln” səfərdə “Auqsburq”la qarşılaşıb. Beş qolun qeydə alındığı oyunda “keçilər” vacib qələbə qazanıblar.

Bu tur keçirilməli olan “Şalke” – “Herta” matçı təxirə salınıb.

Almaniya Bundesliqası
31-ci tur
23 aprel

Auqsburq – Köln 2:3
Qol: Qumni, 54. Varqas, 62 – Duda, 8; 33. Kaynts, 23.


24 aprel

17:30. Frayburq – Hoffenhaym
17:30. Maynts – Bavariya
17:30. Union Berlin – Verder
17:30. Volfsburq – Borussiya (Dortmund)
20:30. Bayer – Ayntraxt

25 aprel

17:30. Leypsiq – Ştutqart
20:00. Borussiya (Mönhenqladbax) – Arminiya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: