Konfrans Liqası: “Beşiktaş” qələbəni əldən verdi, “Fənər” sevindi

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də heyətində yer aldığı Zaqreb “Dinamo”su səfərdə Kosovo təmsilçisi “Ballkani”yə məğlub olub.

Türkiyə təmsilçilərindən “Beşiktaş” doğma meydanda İsveçrənin “Luqano” komandasını qəbul edib. İstanbul klubu 2:0 öndə olduğu bu qarşılaşmanın sonlarında buraxdığı qollar nəticəsində gözlənilməz məğlubiyyətə üzülüb.

“Fənərbaxça” isə Trnava “Spartak”ı ilə səfər oyunundan qələbə ilə ayrılıb.

Avropa Konfrans Liqası
Qrup mərhələsi, 2-ci tur
5 oktyabr

A qrupu

“Olimpiya” (Sloveniya) – “Slovan” (Bratislava, Slovakiya) 0:1
Qol: Çavriç, 55—pen.

“Klaksvik” (Farer adaları) – “Lill” (Fransa) 0:0

Xal: Slovan – 6. Lill – 4. Klaksvik – 1. Olimpiya – 0.

B qrupu

“Gent” (Belçika) – “Makkabi” (Təl-Əviv) 2:0
Qollar: Tissudali, 39; 90+2-pen.

“Breydablik” (İslandiya) – “Zarya” (Ukrayna) 0:1
Qol: Qorbax, 35.

Xal: Gent – 4. Zarya – 4. Makkabi – 3. Breydablik – 0.

C qrupu

“Astana” (Qazaxıstan) – “Viktoriya” (Plzen, Çexiya) 1:2
Qollar: Tomasov, 51 – Çori, 54. Kalvaç, 56.

“Ballkani” (Kosovo) – “Dinamo” (Zaqreb, Xorvatiya) 2:0
Qollar: Kryeziu, 44. Hamidi, 83.

Xal: Viktoriya – 6. Ballkani – 3. Dinamo – 3. Astana – 0.

D qrupu

“Bodo Qlimt” (Norveç) – “Brügge” (Belçika) 0:1
Qol: Vanaken, 20.

“Beşiktaş” (Türkiyə) – “Luqano” (İsveçrə) 2:3
Qollar: Abubakar, 38; 52 – Aliseda, 81. Vladi, 86. E.Bayi, 89-öz qapısına.

Xal: Luqano – 4. Brügge – 4. Beşiktaş – 1. Bodo Qlimt – 1.

E qrupu

“Alkmar” (Niderland) – “Legiya” (Polşa) 1:0
Qol: Pavlidis, 52.

“Aston Villa” (İngiltərə) – “Zrinski” (Bosniya və Herseqovina) 1:0
Qol: Makqin, 90+4.

Xal: Zrinski – 3. Alkmar – 3. Aston Villa – 3. Legiya – 3.

F qrupu

“Çukariçki” (Serbiya) – “Genk” (Belçika) 0:2
Qollar: Heynen, 10. Peyntsil, 21.

“Fiorentina” (İtaliya) – “Ferentsvaroş” (Macarıstan) 2:2
Qollar: Barak, 66. İkone, 90+3 – Varqa, 25. Sisse, 50.

Xal: Ferentsvaroş – 4. Gentk – 4. Fiorentina – 2. Çukariçki – 0.

G qrupu

PAOK (Yunanıstan) – “Ayntraxt” (Almaniya) 2:1
Qollar: Zivkoviç, 28. Kulierakis, 90+2 – Marmuş, 68.

“Aberdin” (Şotlandiya) – HJK (Finlandiya) 1:1
Qollar: Miovski, 79 – Raduloviç, 59.

Xal: PAOK – 6. Ayntraxt – 3. HJK – 1. Aberdin – 1.

H qrupu

“Spartak” (Trnava, Slovakiya) – “Fənərbaxça” (Türkiyə) 1:2
Qollar: Ofori, 88 – Kinq, 70; 81.

“Nordsyelland” (Danimarka) – “Ludoqorets” (Bolqarıstan) 7:1
Qollar: İnqvartsen, 2. Osman, 11. Tverskov, 31. Niqren, 32; 74. Son, 68-öz qapısına. Rasmussen, 86 – Verdon, 9.

Xal: Fənərbaxça – 6. Nordsyelland – 3. Ludoqorets – 3. Spartak – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: