Kristiano Ronaldo ABŞ-da məhkəməyə verildi

“Əl-Nəsr”ın ulduzu Kristiano Ronaldo, “Binance” kriptovalyuta birjasının reklamı və təşviqi ilə əlaqədar ABŞ-da kütləvi ittihamla üzləşib.

Arena.az bu barədə “Cointelegraph” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, ABŞ-ın Florida ştatının Dairə Məhkəməsində qaldırmış iddiada iddia edilir ki, “Binance” birjası Ronaldonun köməyi ilə “qeydiyyatdan keçməmiş qiymətli kağızlara investisiya cəlb edib”. Buna görə də iddiaçılar zərər çəkiblər.

Bundan əlavə, iddiada Ronaldonun “Binance”ın qeydiyyatdan keçməmiş kripto qiymətli kağızlarının satışı haqqında” bildiyi və ya bilməli olduğu bildirilir. Çünki onun “investisiya təcrübəsi və üçüncü tərəf məsləhətçilərini cəlb etmək üçün geniş resursları” var.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 19 oyuna çıxıb. O, bu oyunlarda 18 qol vurub, 9 məhsuldar verib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir. O, daha öncə “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus” kimi klublarda da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: