“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo 2023-cü ildə dünya idman ulduzlarının reytinqinə başçılıq edir.
Arena.az məlumat verir ki, SMM (sosial media marketinqi) ilə məşğul olan “Hopper HQ” şirkəti 2023-cü ilin nəticələrinə əsasən idman ulduzlarının reytinqini açıqlayıb.
İlk beşliyə dünya futbolunun 3 nəhəng ulduzu daxil olub. Reytinqin qalibi portuqal hücumçu Kristiano Ronaldodur.
2-ci yerdə “İnter Mayami”nin ulduzu, argentinalı hücumçu Lionel Messi qərarlaşıb.
Hind kriketçi Virat Kohli 3-cü yerdədir.
“Əl-Hilal”ın ulduzu, braziliyalı hücumçu Neymarı 4-cü, “Los-Anceles”in basketol klubunun ulduzu, hücumçu LeBron Ceyms 5-ci olub.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 23 qol vurub, 11 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 19 qol. Həmçinin portuqal hücumçunun hesabında 9 məhsuldar ötürmə var.
Ulduz futbolçu 2023 təqvim ilində 53 qolla ən sərrast futbolçuların siyahısında liderdir.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


