Kristiano Ronaldo ilin ən sərrast futbolçusu olmasından danışdı

“Əl-Nəsr”in ulduzu, portuqal hücumçu Kristiano Ronaldo 2023 təqvim ilinin ən sərrast futbolçusu olmasına dair münasibətini açıqlayıb.

Arena.az məlumat verir ki, Ronaldo bu barədə özünün sosial şəbəkə hesabı üzərindən qısa, amma iddialı yazı paylaşıb:

“54. Mən bitirəndə deyəcəyəm! Təşəkkür edirəm, komandam!” – Ronaldo hələ də iddialı olmasını başa düşməyə imkan verən yazı dərc edib.

2023-cü ildə Kristiano Ronaldo iştirak etdiyi bütün yarışlarda 54 qol vurub və təqvim ilini qolçular siyahısının zirvəsində tamamlayıb. “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn və PSJ-nin fransız mərkəz hücumçusu Kilian Mbappe 52 qolla 2-ci olublar. “Mançester Siti”nin 50 qol vurmuş norveçli qolçusu Erlinq Haland isə ən sərrast futbolçuların ilk üçlüyünü tamamlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: