La Liqa: “Barselona” “Atletik”i tək qolla yendi – Video

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Vilyarreal” – “Alaves” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Jirona” 0:2 hesabıyla məğlub duruma düşdüyü “Almeriya” ilə ev oyununda 5:2 hesablı möhtəşəm qələbəyə sevinib.

“Las Palmas” evdə “Rayo Valyekano”ya minimal hesabla uduzub.

“Barselona” isə “Atletik”lə ev oyununda çətin qələbə qazanıb.

10-cu tura sabah keçiriləcək “Valensiya” – “Kadis” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
10-cu tur
20 oktyabr

Osasuna – Qranada 2:0
Qollar: Budimir, 11; 59.

21 oktyabr

Real Sosyedad – Malyorka 1:0
Qol: B.Mendes, 64.

Xetafe – Betis 1:1
Qollar: Mayoral, 17 – Roka, 1.

Sevilya – Real 1:1
Qollar: Alaba, 74-öz qapısına – Karvaxal, 78.

Selta – Atletiko 0:3
Qollar: Qrizmann, 29-pen; 64; 70.

22 oktyabr

Las Palmas – Rayo Valyekano 0:1
Qol: Bebe, 90+1.

Jirona – Almeriya 5:2
Qollar: Martin, 37. Dovbik, 39; 43. Savio, 71. Stuani, 85 – Leo Baptistao, 2; 24.

Vilyarreal – Alaves 1:1
Qollar: Moreno, 65-pen – Samu, 48.

Barselona – Atletik 1:0
Qol: Qiu, 80.

23 oktyabr

23:00. Valensiya – Kadis

Xəbəri sosial şəbəkələrdə paylaş: