Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Maraqlıdır ki, bu oyunların hamısı qonaqların qələbəsiylə yekunlaşıb. “Real Sosyedad” evdə “Malyorka”ya, “Xetafe” “Las Palmas”a, “Selta” isə “Espanyol”a məğlub olub. Səfərdə “Leqanes”in qonağı olan lider “Barselona” da 3 xalı avtoqol sayəsində əldə edib.
31-ci turun qalan qarşılaşmaları aprelin 13-də və 14-də keçiriləcək.
İspaniya, La Liqa
31-ci tur
11 aprel
Valensiya – Sevilya 1:0
Qol: Querra, 45+4.
12 aprel
Real Sosyedad – Malyorka 0:2
Qollar: K.Larin, 20. S.Darder, 47.
Xetafe – Las Palmas 1:3
Qollar: Alderete, 19 – F.Silva, 53; 74. Makbörni, 61.
Selta – Espanyol 0:2
Qollar: F.Jaen, 28; 63.
Leqanes – Barselona 0:1
Qol: Saens, 48-öz qapısına.
13 aprel
16:00. Osasuna – Jirona
18:15. Alaves – Real
20:30. Betis – Vilyarreal
23:00. Atletik – Rayo Valyekano
14 aprel
23:00. Atletiko – Valyadolid


