La Liqa: “Jirona”dan ardıcıl 4-cü qələbə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 5-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Qranada” doğma meydanda “Jirona” ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı qarşılaşma qonaq komandanın inamlı qələbəsiylə yekunlaşıb. Ardıcıl 4-cü qələbəsini rəsmiləşdirən “Jirona” artıq liderlər qrupunda qərarlaşıb.

Beləliklə, 5 turdan sonra maksimim nəticə göstərən yeganə komanda – “Real” 15 xalla vahid liderdir. “Barselona” və “Jirona” 13, “Atletik” 10 xal toplayıb. “Valensiya” və “Rayo Valyekano”nun 9, “Atletiko”, “Kadis”, “Xetafe” və “Betis”in 7, “Real Sosyedad”, “Osasuna”, “Vilyarreal” və “Alaves”in 6 xalı var.

İspaniya, La Liqa
5-ci tur
15 sentyabr

Rayo Valyekano – Alaves 2:0
Qollar: Palason, 43-pen. De Frutos, 82.

16 sentyabr

Atletik – Kadis 3:0
Qollar: Quruseta, 66. Vilyalibre, 68. İ.Uilyams, 90.

Valensiya – Atletiko 3:0
Qollar: Duro, 5; 34. Querra, 54.

Selta – Malyorka 0:1
Qol: Muriqi, 85.

Barselona – Betis 5:0
Qollar: J.Feliks, 25. Levandovski, 32. F.Torres, 62. Rafinya, 66. Kanselo, 81.

17 sentyabr

Xetafe – Osasuna 3:2
Qollar: Mitroviç, 36. Karmona, 51. Maksimoviç, 86 – Munoz, 45. Budimir, 57-pen.

Vilyarreal – Almeriya 2:1
Qollar: Moreno, 45+5. Sörlot, 90+4 – Akieme, 44.

Sevilya – Las Palmas 1:0
Qol: Lukebakio, 71.

Real – Real Sosyedad 2:1
Qollar: Valverde, 46. Xoselu, 60 – Barrenetçea, 5.

18 sentyabr

Qranada – Jirona 2:4
Qollar: Uzuni, 63. Boy, 85 – Tsiqankov, 22. Savio, 31. D.Lopes, 34. Kouto, 89.

Xəbəri sosial şəbəkələrdə paylaş: