“Leypsiq” üçün 36 yaşlı yeni baş məşqçi

Almaniyanın “Leypsiq” komandasının yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Domeniko Tedesko çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

“Leypsiq”i bu ilin iyul ayından etibarən Cessi Marş çalışdırırdı. Lakin o, komandanın cari mövsümdəki uğursuz nəticələri ilə əlaqədar dekabrın 5-də istefaya göndərilmişdi. Bu mövsüm Bundesliqada keçirdiyi 14 oyunda 18 xal toplayan sözügedən kollektiv 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Domeniko Tedesko son olaraq Moskva “Spartak”ını çalışdırıb. 36 yaşlı italiyalı mütəxəssis 2019-cu ildən çalışdığı Rusiya təmsilçisindən bu ilin mayında ayrılmışdı. O, daha öncə “Şalke” və “Ersgebirge”yə də rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: