Məhəmməd Abdullayev Bekxan İsrailovla döyüşəcək

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Rusiyanın Ufa şəhərində keçiriləcək İBA PRO Çempionlar Gecəsində iştirak edəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, +92 kq çəkidə rinqə çıxacaq dünya çempionatının mükafatçısı yerli idmançı Bekxan İsrailovla görüşəcək. Məhəmməd Abdullayev və Bekxan İsrailov arasındakı görüş 6 raund davam edəcək.

Çempionlar Gecəsindən öncə bu gün çəki və üz-üzə mərasimi keçirilib.

Qeyd edək ki, aprelin 25-də Ufada ümumilikdə 7 döyüş keçiriləcək.