Məhkəmə zorlama işi üzrə Kristiano Ronaldoya bəraət verdi

Məhkəmə model Ketrin Mayorqanın iddiası əsasında “Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldoya açılmış təcavüz işində futbolçuya bəraət verib.

Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.

İş 2018-ci ilin sentyabrında, modelin 2009-cu ilin iyununda otellərin birində zorlanmasını iddia etməsi ilə məhkəməyə müraciətindən sonra başlayıb. Mayorqa bu barədə susmasına görə, Ronaldodan 375 min dollar (343 min avro) aldığını iddia edib. Daha sonra portuqal futbolçu pulköçürmə faktını etiraf edib, amma zorlama faktını qəti şəkildə təkzib edib. Ronaldonun vəkilləri seksual əlaqənin qarşılıqlı razılaşma əsasında baş verdiyini iddia ediblər və bunun açıqlanmaması haqda razılaşmanın Mayorqanın bu haqda danışmasını qadağan etdiyini vurğulayıblar.

2020-ci ilin oktyabrında model, 2010-cu ildə bağlanmış məxfilik müqaviləsinin şərtlərini başa düşə bilmədiyini sübut etməyə ümid edirdi.

Mayorqa 2021-ci ilin aprelində Ronaldodan faktı sübuta yetirilməyən zorlanmaya görə dəymiş mənəvi ziyanın ödənilməsi üçün 65 milyon avro tələb etmişdi. 2022-ci ilin iyununda onun iddiası rədd edilib. Hakim Cennifer Dorsi iddiaçının vicdansız davranışına və oğurlanmış məxfi sənədlərdən istifadə etdiyinə görə işi rədd edib.

Mayorqanın hüquqşünaslar dəstəsi ABŞ-ın 9-cu Apellyasiya Məhkəməsindən işin rədd edilməsini ləğv etməyi və modelin ilk dəfə 2018-ci ildə Nevada ştatında qaldırdığı iddianı yenidən açmağı xahiş ediblər. Amma məhkəmə yenidən iddianı rədd edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: