Mario Balotelli rəsmən Türkiyə klubunda!

Futbol üzrə İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli karyerasını Türkiyədə davam etdirəcək. Arena.az xəbər verir ki, 31 yaşlı hücumçu yeni mövsümdən Super Liqada mübarizə aparacaq “Adana Demirspor”a transfer olunub.

Bu barədə sözügedən klubun saytı məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mario Balotelli geridə qalan mövsümü İtaliyanın “Monza” klubunda keçirib. Təcrübəli futbolçu karyerası ərzində “İnter”, “Milan”, “Mançester Siti”, “Liverpul”, “Olimpik” (Marsel) və “Nitsa” kimi klubların da formasını geyinib.

“Adana Dəmirspor” klubu 26 illik fasilədən sonra Super Liqada iştirak hüququ qazanıb. Sözügedən komanda Balotellidən öncə Yunes Belhanda və Britt Assombalonqanın da transferini açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: