Dünya futbolunun braziliyalı əfsanəsi Marselo keçmiş komanda yoldaşlarından ibarət mükəmməl futbolçu “yığıb”.
Arena.az məlumat verir ki, “Real”ın keçmiş sol cinah müdafiəçisi, futbolçu karyerasını başa vurmuş 38 yaşlı Marselo “TNT Sports” telekanalının efirində müxtəlif meyarlar əsasında, nə vaxtsa Madrid klubunda birlikdə çıxış etdiyi oyunçulardan ibarət futbolçusunu “yapıb”:
Sol ayaq – Roberto Karlos;
Sağ ayaq – Toni Kroos;
Başla oyun – Kristiano Ronaldo;
Qabaqcıl sima – Serxio Ramos;
Texnika – İsko;
Futbol zəkası – Luka Modriç;
Sürət – Vinisius Junior.
Əlavə edək ki, bu futbolçuların hər biri Çempionlar Liqasının çoxqat qalibidir.
Xatırladaq ki, Marselo cari ilin fevral ayında butslarını asılqandan asıb.
Marselo 2007-2022-ci illərdə “Real”da çıxış edib, meydanda sol cinahın ağası olaraq tanınıb, yüksək səviyyəli sabit oyunu ilə fərqlənib.
“Mars” “Real”la 6 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kral Kubokunun, 5 dəfə İspaniya Super Kubokunun, 5 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.
Marselo 2006-cı ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 58 oyuna çıxıb, 6 qol vurub, 12 məhsuldar ötürmə verib. “Mars” “selesao” ilə 2013-cü il FIFA Konfederasiyalar Kubokunun qalibi olub.


