Mikel Arteta “Mançester Siti” üzərində qələbəsindən danışdı

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın Premyer Liqanın 8-ci tur oyununda “Mançester Siti” üzərində qələbəsini (1:0) şərh edib.

Arena.az BBC-yə istinadən Artetanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mən çox fəxr edirəm. Bu, doğru zamanda, doğru insanlar və düzgün oyunçular ilə baş verdi. Biz mübarizə aparmalı olacağımızı bilirdik və bunu etdik. Yaxşı oyun, həm də ictimaiyyətin dəstəyi gərəkdir. Bu, böyük qələbədir.
Biz ikinci hissəyə həqiqətən çox yaxşı başladıq və doğrudan aqressiv oynadıq. Əvəzetmələr də bizə kömək etdi. Qol məqamında hər şey ən yüksək səviyyədə idi.

Rəqiblərimizin bizə yaratdığı kimi, biz də onlara çox fəsadlar yaratdıq. Hücuma çıxmaq asan deyildi. Düzgün vaxt, düzgün hərəkət, məqamlar gərəkdir. Cəsarətimizi bəyənirəm.
Bu komandaya qarşı çətin məqamlar olur. Düzxətli olmalı, hisslərinizi idarə etməli və səhv edərək yaxalanmayacağınıza əmin olmalısınız”, deyə Mikel Arteta “Mançester Siti”yə qarşı oyunda uğur düsturunu açıqlayıb.

8 turdan sonra “Arsenal” 20 xalla Premyer Liqanın turnir cədvəlində eyni miqdarda xal toplamış lider “Tottenhem”i təqib edir. “Mahmızlar” daha yaxşı top fərqi hesabına “topçular”dan öndədirlər.

“Mançester Siti” isə turnir cədvəlində mövqeyini itirib. “Topçular”ın mərmisinə tuş gəlməmişdən öncə, “şəhərlilər”i “canavarlar” dişləmişdi – “Pep”in yetirmələri “Vulverhempton”a 1:2 hesabı ilə məğlub olmuşdular. Premyer Liqada ardıcıl iki məğlubiyyət acısı dadmış “Mançester Siti”i turnir cədvəlində 18 xalla 3-cü pillədə yer alıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: