Futbol üzrə Türkiyə 1-ci liqasında 12-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Kocaelispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Namiq də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Bursa təmsilçisinin yeganə qolunu da Namiq vurub. Millimizin üzvü 61-ci dəqiqədə penaltidən fərqlənib. Bu, onun Türkiyə təmsilçisindəki ikinci qoludur.
“Bursaspor” 12 turdan sonra 14 xalla 19 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.


