“Neftçi” rekorda, “Sumqayıt” ilkə imza atdı

Futbol üzrə Azərbaycan Premyer Liqasının qızıl medallarını qazanan “Neftçi” iki rekorda imza atıb.

Arena.az xəbər verir ki, Bakı klubu 9-cu dəfə çempion olub, 19-cu dəfə mükafatçılar sırasında düşüb.

Gümüş medal qazanan “Qarabağ” 15-ci dəfə “üçlük”də yer alıb. “Sumqayıt” tarixində ilk dəfə bürünc mükafata yiyələnməklə Azərbaycan çempionatları tarixində medal qazanan 18-ci komanda olub.

Çempionluq sayında rekordçu olan “Neftçi”dən başqa, “Qarabağ” 8, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Keşlə”) hərəyə 2, “Turan”la “Xəzər Lənkəran” hərəyə 1 dəfə zirvəyə sahib olub.

1992-ci ildən keçirilən, 2001/02 mövsümü yarımçıq qalan və 2002/03 mövsümü təşkil olunmayan yarışda “İnter” 9, “Kəpəz” 6, “Şəmkir”, “Bakı”, “Qəbələ” 5, “Xəzər Lənkəran”, “Turan” 4, “Xəzri, “Xəzər” (Sumqayıt), “Karvan” 2, “Olimpik”, “Zirə”, “Simurq”, “Viləş”, “Səbail” və “Sumqayıt” 1 dəfə mükafat qazanıb.

Bütün mükafatçılar

1992“Neftçi” (Bakı)“Xəzər” (Sumqayıt)“Turan” (Tovuz)
1993“Qarabağ” (Ağdam)“Xəzər” (Sumqayıt)“Turan” (Tovuz)
1993/94“Turan” (Tovuz)“Qarabağ” (Ağdam)“Kəpəz” (Gəncə)
1994/95“Kəpəz” (Gəncə)“Turan” (Tovuz)“Neftçi” (Bakı)
1995/96“Neftçi” (Bakı)“Xəzri” (Bakı)“Kəpəz” (Gəncə)
1996/97“Neftçi” (Bakı)“Qarabağ” (Ağdam)“Xəzri” (Bakı)
1997/98“Kəpəz” (Gəncə)“Dinamo” (Bakı)“Şəmkir”
1998/99“Kəpəz” (Gəncə)“Şəmkir”“Neftçi” (Bakı)
1999/2000“Şəmkir”“Kəpəz” (Gəncə)“Neftçi” (Bakı)
2000/01“Şəmkir”“Neftçi” (Bakı)“Viləş” (Masallı)
2001/02Yarımçıq qalıb   
2002/03Keçirilməyib  
2003/04“Neftçi” (Bakı)“Şəmkir”“Qarabağ-Azərsun” (Ağdam)
2004/05“Neftçi” (Bakı)“Xəzər Lənkəran”“Karvan” (Yevlax)
2005/06“Bakı”“Karvan” (Yevlax)“Neftçi” (Bakı)
2006/07“Xəzər Lənkəran”“Neftçi” (Bakı)“Bakı”
2007/08“İnter” (Bakı)“Olimpik” (Bakı)“Neftçi” (Bakı)
2008/09“Bakı”“İnter” (Bakı)“Simurq” (Zaqatala)
2009/10“İnter” (Bakı)“Bakı”“Qarabağ” (Ağdam)
2010/11“Neftçi” (Bakı)“Xəzər Lənkəran”“Qarabağ” (Ağdam)
2011/12“Neftçi” (Bakı)“Xəzər Lənkəran”“İnter” (Bakı)
2012/13“Neftçi” (Bakı)“Qarabağ” (Ağdam)“İnter” (Bakı)
2013/14“Qarabağ” (Ağdam)“İnter” (Bakı)“Qəbələ”
2014/15“Qarabağ” (Ağdam)“İnter” (Bakı)“Qəbələ”
2015/16“Qarabağ” (Ağdam)“Zirə” (Bakı)“Qəbələ”
2016/17“Qarabağ” (Ağdam)“Qəbələ”“İnter” (Bakı)
2017/18“Qarabağ” (Ağdam)“Qəbələ”“Neftçi” (Bakı)
2018/19“Qarabağ” (Ağdam)“Neftçi” (Bakı)“Səbail” (Bakı)
2019/20“Qarabağ” (Ağdam)“Neftçi” (Bakı)“Keşlə” (Bakı)
2020/21“Neftçi” (Bakı)“Qarabağ” (Ağdam)“Sumqayıt”
Xəbəri sosial şəbəkələrdə paylaş: