“Oser” seneqallı sol vinger İssa Sumareni “Havr”dan icarəyə müqaviləsi əsasında komandasının düşərgəsinə qatıb.
Arena.az bu barədə “Oser”un mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə cari mövsümün – iyun ayının sonua qədər nəzərdə tutulub. O, yeni komandasında 75 nömrəli formanı geyinəcək.
İssa Sumare futbola Seneqalın “Jenerasyon Fut” klubunda qədəm qoyub. İssa buradan Fransaya yol tapıb və “Orlean” klubu ilə böyük futbolda debüt edib. Ardınca Sumare Belçikanın “Beersxot”, Fransanın “Keviyi Ruan” və “Havr” klublarında çıxış edib.
Cari mövsümün ilk yarısında Sumare “Havr”ın heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 7 oyun keçirib.
Sumare futbolda hələ qənimət qazanmayıb, o cümlədən milli komandaya da dəvət almayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı seneqallı sol vingerin transfer dəyərini 900 min avro məbləğində qiymətləndirir.


