Poçettino “Çelsi”də problem görmür: “Biz nə etdiyimizi bilirik”

Maurisio Poçettino Premyer Liqanın 5-ci turunda “Bornmut”la heç-heçədən (0:0) sonra narahat olmağa əsas görmür.

Arena.az “Sky Sports”a istinadən “Poç”un bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Razı olduğumu deyə bilmərəm, amma çox layiqli oyun oldu. Düşünürəm ki, biz daha çoxuna – qələbəyə layiq idik. Yaxşı imkanlar yaradırdıq, birinci hissədə, 20-30 dəqiqədən sonra qol vurmaq üçün çoxlu imkanlarımız oldu, amma alınmadı.

12 zədəli və yığmaya yollanmayan ancaq üç futbolçunun startda çıxışını nəzərə alsaq, mən ancaq komandanın yaxşı çalışdığını deyə bilərəm.

İrəlidə daha sərt fəaliyyət göstərməli və qapı qarşısında səmərəliliyimizi sübut etməliyik. Təmkinimizi qorumalıyıq, amma belə şəraitdə bu, həmişə asan olmur. Kimisə təqsirləndirmək gərək deyil.

Azarkeşlər vəziyyətdən məyusdurlar, amma mən narahat deyiləm, çünki biz nə etdiyimizi bilirik. Bizim, səmərəli təsir göstərə biləcək oyunçuları ehtiyatdan buraxmaq imkanımız olacaq və məşqlərdə yüksək rəqabət olacaq. Daha çox oyunçumuzu oynatmaq imkanımız olduqda, bu komandanın qalib gəlmək üçün daha çox şansı olacaq”, deyə Poçettino əminliklə bildirib.

5 turdan sonra “Çelsi” 5 xalla Premyer Liqanın 14-cü pilləsində qərarlaşıb. “Zadəganlar” 1 qələbə qazanıblar, 2 heç-heçə ediblər və 2 oyunda məğlub olublar, top fərqi isə 5:5 nisbətindədir.

Premyer Liqaya 5 oyundan mütləq nəticə – 15 xal toplamış “Mançester Siti” liderlik edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: