Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Arena.az sizi növbəti turun təyinatları ilə tanış edir.
İlk oyun günündə baş tutacaq “Səbail” – “Sabah” matçı Elçin Məsiyevə tapşırılıb. “Qarabağ” – “Zirə” matçını isə Kamal Umudlu idarə edəcək.
“Sumqayıt” – “Şamaxı” matçında FİFA referisi Əliyar Ağayev söz sahibi olacaq. “Qəbələ” – “Neftçi” qarşılaşması da Fərid Hacıyevə həvalə olunub.
Azərbaycan Premyer Liqası
26-cı tur
8 may
“Səbail” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASCO Arena”, 18:00.
“Qarabağ” – “Zirə”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Azersun Arena”, 20:15.
9 may
“Sumqayıt” – “Şamaxı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Sumqayıt. “Kapital Bank Arena”, 17:30.
“Qəbələ” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Qəbələ şəhər stadionu, 19:45.


