Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 8-ci turunun son oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu Gəncədə keçiriləcək. Burada yerli “Kəpəz” “Qəbələ” ilə üz-üzə gələcək. Son iki pillədə qərarlaşmış komandalardan qalib gələn tərəf 2-3 pillə irəliləmiş olacaq.
“Kəpəz”lə “Qəbələ” bu günə qədər 24 oyunda üz-üzə gəliblər. Bu oyunlardan 10-da “Qəbələ”, 6-da “Kəpəz” qalib gəlibsə, 8 görüş heç-heçə bitib. “Qəbələ” son 7 oyunu qolsuz tərk etməyib. Son üç matçda qollu heç-heçə qeydə alınıb.
Turun son matçında isə mövsümün sürpriz komandalarından olan “Araz-Naxçıvan”la lider “Zirə” üz-üzə gələcək. Bu kollektivlər indiyə qədər Azərbaycan çempionatında qarşılaşmayıblar. Rəşad Sadıqovun komandası heç-heçə və ya qələbə sayəsində vahid liderliyini qorumuş olacaq. Naxçıvan təmsilçisi isə qələbə qazanmaqla liderlər qrupuna daha da yaxınlaşa bilər.
Premyer Liqa
8-ci tur
29 sentyabr
“Qarabağ” – “Sumqayıt” 5:0
Qollar: Olavio Juninyo, 22; 27. Toral Bayramov, 42-pen. Leandro Andrade, 44. Abdullah Zubir, 50.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Azərsun Arena”, 20:00.
30 sentyabr
“Turan Tovuz” – “Neftçi” 0:1
Qol: Aaron Olanare, 87.
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tovuz şəhər stadionu, 16:00.
“Səbail” – “Sabah” 2:2
Qollar: Yusif Nəbiyev, 29. Adi Mehremiç, 87 – Emmanuel Apeh, 41-pen. Anatoli Nuriyev, 84.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “ASCO Arena”, 18:00.
1 oktyabr
“Kəpəz” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Asiman Əzizli, Rəşad Əhmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu, 16:00.
“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Cəmil Quliyev, Kamran Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Dalğa Arena”, 18:30.


