Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 7-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu qarşılaşması “Fulhem”lə “Çelsi” arasında baş tutub.
Mövsümə uğursuz başlamış “zadəganlar” bu oyundan inamlı qələbə ilə ayrılıblar. Bu oyun London təmsilçisinin ukraynalı futbolçusu Mixaylo Mudrikin “Çelsi”nin heyətində ilk qolunu vurması ilə əlamətdar olub.
Beləliklə, 7 turdan sonra 18 xala malik “Mançester Siti” vahid liderdir. London təmsilçiləri – “Tottenhem”lə “Arsenal” 17 xal toplayıblarsa, “Liverpul”un 16, “Aston Villa” və “Brayton”un 15, “Vest Hem”in 13, “Nyukasl”ın 12, “Kristal Pelas”ın 11, “Mançester Yunayted”in 9, “Çelsi”, “Nottingem Forest” və “Fulhem”in 8 xalı var.
İngiltərə, Premyer Liqa
7-ci tur
30 sentyabr
Aston Villa – Brayton 6:1
Qollar: Uotkins, 14; 21; 65. Estupinan, 26-öz qapısına. Remsi, 85. D.Luis, 90+7 – Fati, 50.
Bornmut – Arsenal 0:4
Qollar: Saka, 17. Edeqor, 44-pen. Haverts, 53-pen. Uayt, 90+3.
Everton – Luton Taun 1:2
Qollar: Levin, 41 – Lokyer, 24. Morris, 31.
Mançester Yunayted – Kristal Pelas 0:1
Qol: Andersen, 25.
Nyukasl – Börnli 2:0
Qollar: Almiron, 14. İsak, 76-pen.
Vest Hem – Şeffild Yunayted 2:0
Qollar: Bouen, 24. Souçek, 37.
Vulverhempton – Mançester Siti 2:1
Qollar: R.Dias, 13-öz qapısına. Hvanq, 66 – X.Alvares, 58.
Tottenhem – Liverpul 2:1
Qollar: Son, 36. Matip, 90+6-öz qapısına – Qakpo, 45+4.
1 oktyabr
Nottingem Forest – Brentford 1:1
Qollar: Dominqes, 65 – Norqard, 58.
2 oktyabr
Fulhem – Çelsi 0:2
Qollar: Mudrik, 18. Broya, 19.