Premyer Liqa: MY uduzdu, MS və “Liverpul” qalib gəldi – Video

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 5-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.

“Liverpul” səfərdə “Vulverhempton”a qalib gəlib. Son çempion “Mançester Siti” isə “Vest Hem”lə oyundan inamlı qələbə ilə ayrılıb.

“Tottenhem” doğma meydanda “Şeffild Yunayted”ə qalib gəlib. “Mançester Yunayted” isə evdə “Brayton”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda “qırmızı şeytanlar” gözlənilməz məğlubiyyətə üzülüblər.

“Aston Villa” “Kristal Pelas”ı, “Fulhem” “Luton Taun”u, “Nyukasl” da “Brentford”u məğlub yola salıb.

Turun qalan oyunları 17 və 18 sentyabrda keçiriləcək. Sabah “Çelsi” “Bornmut”un, “Arsenal” isə “Everton”un qonağı olacaq. Turun son matçında isə “Nottingem Forest”lə “Börnli” komandaları üz-üzə gələcəklər.

İngiltərə, Premyer Liqa
5-ci tur
16 sentyabr

Vulverhempton – Liverpul 1:3
Qollar: Hvanq, 7 – Qakpo, 55. Robertson, 85. Bueno, 90+1-öz qapısına.

Aston Villa – Kristal Pelas 3:0
Qollar: Duran, 87. D.Luis, 90+8-pen. Beyli, 90+11.

Fulhem – Luton Taun 1:0
Qol: K.Vinisius, 65.

Mançester Yunayted – Brayton 1:3
Qollar: Meybri, 73 – Uelbek, 20. Qross, 53. J.Pedro, 71.

Tottenhem – Şeffild Yunayted 2:1
Qollar: Riçarlison, 90+8. Kuluşevski, 90+10 – Hamer, 73.

Vest Hem – Mançester Siti 1:3
Qollar: Uord-Prouz, 36 – Doku, 46. B.Silva, 76. Haland, 86.

Nyukasl – Brentford 1:0
Qol: K.Uilson, 64-pen.

17 sentyabr

17:00. Bornmut – Çelsi
19:30. Everton – Arsenal

18 sentyabr

22:45. Nottingem Forest – Börnli

Xəbəri sosial şəbəkələrdə paylaş: