Premyer Liqa: “Nottingem Forest”lə “Brentford”dan heç-heçə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 7-ci turunun daha bir oyunu keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyunu “Nottingem Forest”lə “Brentford” arasında baş tutub.

Qarşılaşmada hesabı qonaqlar açsa da, meydan sahibləri məğlubiyyətdən xilas ola biliblər.

Tura sabah keçiriləcək “Fulhem” – “Çelsi” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
7-ci tur
30 sentyabr

Aston Villa – Brayton 6:1
Qollar: Uotkins, 14; 21; 65. Estupinan, 26-öz qapısına. Remsi, 85. D.Luis, 90+7 – Fati, 50.

Bornmut – Arsenal 0:4
Qollar: Saka, 17. Edeqor, 44-pen. Haverts, 53-pen. Uayt, 90+3.

Everton – Luton Taun 1:2
Qollar: Levin, 41 – Lokyer, 24. Morris, 31.

Mançester Yunayted – Kristal Pelas 0:1
Qol: Andersen, 25.

Nyukasl – Börnli 2:0
Qollar: Almiron, 14. İsak, 76-pen.

Vest Hem – Şeffild Yunayted 2:0
Qollar: Bouen, 24. Souçek, 37.

Vulverhempton – Mançester Siti 2:1
Qollar: R.Dias, 13-öz qapısına. Hvanq, 66 – X.Alvares, 58.

Tottenhem – Liverpul 2:1
Qollar: Son, 36. Matip, 90+6-öz qapısına – Qakpo, 45+4.

1 oktyabr

Nottingem Forest – Brentford 1:1
Qollar: Dominqes, 65 – Norqard, 58.

2 oktyabr

23:00. Fulhem – Çelsi

Xəbəri sosial şəbəkələrdə paylaş: