Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 7-ci turunun oyunlarına hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
İlk oyun günündə baş tutacaq “Sumqayıt” – “Turan Tovuz” matçı Kamal Umudluya tapşırılıb. “Zirə” – “Neftçi” oyununda Rəvan Həmzəzadə söz sahibi olacaq.
“Sabah” – “Kəpəz” oyununu İnqilab Məmmədov idarə edəcək. “Səbail” – “Araz-Naxçıvan” qarşılaşması Rəşad Əhmədova həvalə olunub.
Sonuncu oyun gününə təsadüf edəck “Qəbələ” – “Qarabağ” görüşündə isə Elçin Məsiyev fit çalacaq.
Premyer Liqa
7-ci tur
23 sentyabr
“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Tural Qurbanov.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Kapital Bank Arena”, 18:00.
“Zirə” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə OİK stadionu, 20:30.
24 sentyabr
“Sabah” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rahil Ramazanov, Cavid Cəlilov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Masazır Arena”, 17:00.
“Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Bayıl Arena”, 19:30.
25 sentyabr
“Qəbələ” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu, 19:00.


