Premyer Liqa: Təxirə salınmış oyunun hakimləri bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turdan təxirə salınmış oyuna təyinat almış hakimlərin adları məlum olub. Arena.az xəbər verir ki, mayın 12-də keçiriləcək “Qarabağ” – “Sumqayıt” matçını Rauf Allahverdiyevin rəhbərlik etdiyi hakimlər briqdası idarə edəcək.

Həmin təyinatlarla sizi də tanış edirik:

Azərbaycan Premyer Liqası
16-cı turun oyunu
12 may

“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Elçin Məsiyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı. “Azersun Arena”, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: