Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 24-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Mançester Yunayted” doğma meydanda “Lester Siti” ilə qarşılaşıb. “Qırmızı şeytanlar” bu matçda darmadağına seviniblər. “Tottenhem” isə “Vest Hem”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb.
Beləliklə, 24 turdan sonra 54 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 52 xalla ikinci pillədə qərarlaşıbsa, “Mançester Yunayted” 49 xalla üçüncüdür. Sonrakı pillələrdə qərarlaşmış “Tottenhem”in 42, “Nyukasl”ın 41, “Fulhem”in 38, “Brayton”, “Liverpul” və “Brentford”un 35 xalı var. Uğursuz mövsüm keçirən “Çelsi” isə 31 xal toplaya bilib.
İngiltərə çempionatında növbəti – 25-ci turun oyunları 25 və 26 fevralda keçiriləcək.
İngiltərə Premyer Liqası
24-cü tur
18 fevral
Aston Villa – Arsenal 2:4
Qol: Uotkins, 5. Koutinyo, 31 – Saka, 16. Zinçenko, 61. E.Martines, 90+3-öz qapısına. Martinelli, 90+8.
Brentford – Kristal Pelas 1:1
Qol: Janelt, 90+6 – Eze, 69.
Brayton – Fulhem 0:1
Qol: Solomon, 88.
Çelsi – Sauthempton 0:1
Qol: Uord-Prouz, 45+1.
Everton – Lids 1:0
Qol: Koleman, 64.
Nottingem Forest – Mançester Siti 1:1
Qol: Vud, 84 – B.Silva, 41.
Vulverhempton – Bornmut 0:1
Qol: Tavernier, 49.
Nyukasl – Liverpul 0:2
Qol: D.Nunes, 10. Qakpo, 17.
19 fevral
Mançester Yunayted – Lester Siti 3:0
Qol: Raşford, 25; 56. Sanço, 61.
Tottenhem – Vest Hem 2:0
Qol: Emerson, 56. Son, 72.